• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1445
— 28.02.2022 20:13

Şəhidin xatirəsi anılıb

KepezTV Player

Şəhid Səhman Musayev də vətən müharibəsində torpaqlarımızın azad edilməsində vuruşan qəhrəman, igid oğullarımızdandır. Doğulub, böyüyüb başa çatdığı Göygöl rayonunda şəhidin anım tədbiri keçirilib.

Göygöl rayonunda şəhid Səhman Musayevin anım tədbirində qəhrəmanın keçdiyi şərəfli döyüş yoluna nəzər salınıb. 22 yaşlı Səhman Musayev orta məktəbi bitirdikdən sonra xidmət etdiyi hərbi hissədən yollanıb Vətən müharibəsinə. Döyüş yolu Cəbrayıl və Xocavənddən başlayan igidimiz düşmənə ağır zərbələr endirməsi ilə yadda qalıb. Müharibədən sonra ötən il fevralın 27-də Ağdam rayonunun Şelli kəndində əsgər yoldaşlarını yanğından xilas edərkən şəhid olub. Ölkə başçısının sərəncamları ilə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

Anım tədbirində rayon məktəbliləri torpağa, vətənə aid şerlər səsləndirdikdən sonra şəhidin qəbri ziyarət edilib, üzərinə gül dəstələri düzülüb, ruhu hörmətlə anılıb.

Elnur Vahidoğlu