• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1992
— 28.02.2022 16:23

Xocalı faciəsinə həsr olunan açıq birincilik

KepezTV Player

Gəncədə Xocalı soyqırımının 30-cu ildönümü  ilə əlaqədar ağır atletika üzrə 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbinin açıq birinciliyi keçirilib. Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan yarışda 2004-2007 və 2008-2010-cu il təvəllüdlü idmançılar körpücük üzərinə çıxıb. Açıq xarakter daşıdığından mübarizələrdə 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat məktəbinin, eləcə də Qazax və Goranboy rayonlarının yetirmələri də qalib olmaq üçün yarışıb. 2 gün davam edən birinciliyin sonunda mükafatlandırma mərasimi keçirilib. İlk 3 pillədə qərarlaşan atletlər diplom medalla təltif ediliblər.