• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1056
— 28.02.2022 12:08

Gənclərin xarici ölkələrdə təhsili ilə bağlı Dövlət Proqramı təsdiq edilib

KepezTV Player

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Eldar Bəhram oğlu Mansurov “Şöhrət” ordeni ilə təltif edilib. Dövlət başçısı “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında da Sərəncam imzalayıb. **Dövlət proqramına əsasən, hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsili təmin ediləcək. Təhsil yerlərinin ən azı 80 faizi magistratura səviyyəsini əhatə edəcək. Dövlət Proqramının icrası zamanı informasiya texnologiyaları; mühəndislik; statistika və verilənlərin təhlili; fundamental və tətbiqi elmlər; ictimai səhiyyə; təhsil; ətraf mühit; aviasiya və kosmos; dövlət idarəetməsi; nəqliyyat və logistika; energetika; iqtisadiyyat; maliyyə; arxitektura və dizayn; kənd təsərrüfatı kimi prioritet ixtisas sahələrinə üstünlük veriləcək.