• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1249
— 27.02.2022 20:38

Uşaqlar arasında yayılan virusa qarşı diqqətli olaq

KepezTV Player

Son zamanlar uşaqlarda hərarət, ishal və qusma ilə müşahidə olunan infeksiya yayılıb. Valideynlər bunun koronavirus və ya mövsümi xəstəlik olduğunu ayırd etməkdə çətinlik çəkirlər. Sujetimiz o barədədir.

Son zamanlar uşaqlar arasında kəskin virus infeksiyası yayılıb. Hazırda hər 10 uşaqdan 5-də hərarətlə müşahidə olunan qusma və qarın ağrısı ilə başlayan xəstəliklər müşahidə olunmaqdadır. Əksər valideynlər bunun koronavirusla əlaqəli olduğunu düşünürlər. Düşəncələrində nə qədər haqlı olub-olmadıqlarına həkim aydınlıq gətirir.

Uşağın koronavirus və ya rotavirus olmasını dəqiqləşdirmək üçün yalnız xüsusi analiz və ya PCR testi vermək lazımdır. Əgər vaxtında həkimə müraciət olunsa, müalicə də bir o qədər tez effekt verər.

Almaz Əzizova valideyn: Mənimdə uşaqlarım Rotavirus tutmuşdular. Gətirdim həkimə Mina həkim müalicə və sistem yazdı. Dediklərini elədik indi vəziyyətləri yaxşılaşır.

Körpələri virusdan qorumaq üçün isə bunları etməkdə fayda var...

Uşaqlar bizim gələcəyimizdir. Onların sağlamlığı isə qarşıda duran ən vacib məsələlərdən biridir. Kütləvi insan toplaşan yerlərdən, xəstə insanlardan övladlarımızı uzaq saxlamaqla gələcəyimizi qoruya bilərik.

Nərgiz Əhmədqızı