• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1491
— 26.02.2022 20:12

O balaca qız...

KepezTV Player

30 il əvvəl erməni təcavüzkarlarının xalqımıza qarşı törətdiyi kütləvi qırğında 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olmaqla 613 nəfər həyatını itirib. 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Sadalanan rəqəmlər yaşanılan dəhşətin yalnız bir hissəsidir. Rəqəmlərdən daha dəhşətlisi isə uşaqların, dünyanın bütün günahlarından arınmış pak varlıqların vəhşicəsinə qətlə yetirilməsidir. Görəsən, Xocalıda silahını körpələrə tuşlayan erməni bu 30 il ərzində yuxusunu qaçırıbmı? Qulağına o məsumların çığırtıları gəlibmi? Güllələnən, gözləri çıxarılan körpələrin ruhu narahat edibmi onu?! Utanıbmı insanlığından?! Çətin ki...Axı, insan olmağın yolu mərhəmətdən, vicdandan keçir. Təəssüf ki, Tanrı bizi insanların ən mərhəmətsizi ilə qonşu etdi. Qonşu qonşunun külünə möhtacdır dedik, qonşumuzun qaladığı odda kül olduq. Sıradakı materialımız ölümlərinin yanğısını ömrümüzün sonuna qədər unutmayacağımız uşaqlara həsr olunub. Əməkdaşımız Ruhəngiz Hacızadə Xocalıda öldürülən bütün balaca qızları xatırlayıb deyir - "O balaca qız yaşasaydı..."