• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 823
— 26.02.2022 20:00

“Xocalı gənclərin gözü ilə” adlı rəsm sərgisi

KepezTV Player

Gəncə Gənclər Evinin təşkilatçılığı ilə Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar “Xocalı gənclərin gözü ilə” adlı rəsm sərgisi keçirilib. Gənclər Evində reallaşan tədbirdə iştirakçılara əl işləri haqda məlumat verilib. Rəsmi hissədə çıxış edənlər belə sərgilərin önəmini vurğulayaraq gənc nəslin əl bacarıqlarını yüksək qiymətləndiriblər. Rəsm dərnəyinin gəncləri təxəyyüllərində canlandırdıqları hadisələri sulu boya və rəngli karandaşlarla kağız üzərinə həkk ediblər. Sərgidə 30 yaxın əsər nümayiş etdirilib. Sonda ilk 3 yerin sahibi diplomla təltif edilib, eyni zamanda rəsmi sərgilənən gənclər sertifikatla mükafatlandırılıblar.