• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 676
— 26.02.2022 16:23

Xocalı soyqırımının qurbanları anılıb

KepezTV Player

Gəncədə Xocalılıların məskunlaşdığı qəsəbədə soyqırım qurbanlarının xatirəsi anılıb. Ümumşəhər tədbirində Xocalı abidəsinin önünə gül dəstələri qoyulub, faciə qurbanlarının xatirəsi hörmətlə yad edilib. Çıxışlarda Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalıda 1 gecədə törədilən soyqırımdan danışılıb. Əliyalın mülki əhaliyə ermənilər tərəfindən vəhşicəsinə zülm edildiyi bildirilib. Erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü və ardıcıl siyasət həyata keçirildiyi vurğulanıb. Anım tədbirində Gəncə Dövlət Dram Teatrının aktyorları Xocalıya aid ədəbi-bədii kompazisiya nümayiş etdirilib. 

Şəmkir rayonunda Xocalı soyqırımının 30-cu ildönümünə həsr edilən tədbir keçirilib. Rayon İctimiyyətinin mümayəndələri Soyqırım Abidəsini və Şəhidlər Abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər. Tədbirdə 30 il əvvəl erməni silahlı qüvvələrinin mühasirəyə aldıqları Xocalıda əsl qətliyam törədildiyinə diqqət çəkilib. Ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra bu faciəyə hüquqi-siyasi qiymət verildiyi xatırladılıb. Xocalı soyqırımının erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı etnik təmizləmə siyasətinin qanlı səhifəsi olduğu bildirilib. Vətən müharibəsində işğal altında qalan torpaqlarımız azad edilməklə Xocalı faciəsi qurbanlarının da qisasını alındı. Tədbirdə Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı rəsm və inşa müsabiqəsinin, məktəblər arasında keçirilən intellektual yarışın qaliblərinə RİH başçısı Rəşad Tağıyev tərəfindən Sertifikatlar və hədiyyələr təqdim olunub. Tədbirin sonunda ağacəkmə aksiyası keçirilib.

Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Samux rayonunda da anım tədbiri keçirilib. Rayon rəhbərliyi və ictimaiyyətinin nümayəndələri rayonun şəhidlər abidə kompleksini ziyarət edib, önünə tər çiçəklər düzüblər. Daha sonra faciə qurbanlarının xatirəsinə ağacəkmə aksiyası baş tutub. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində təşkil edilən aksiyada Samux-Kür yolunun kənarlarına yerli iqlim şəraitinə uyğun ağac tingləri basdırılıb və əkilən fidanlar suvarılıb. Tədbir iştirakçıları həmçinin Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatında məktəblilərin rəsm sərgisi ilə də tanış olublar. Eyni zamanda burada şagirdlər Xocalı faciəsi ilə bağlı şeirlər səsləndirib, Sərkar Uşaq Musiqi məktəbinin yetirmələri tərəfindən bədii kompozisiya nümayiş etdirilib.