• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 673
— 25.02.2022 12:00

Ukraynadakı Azərbaycan vətəndaşları quru yolla Moldovaya keçə bilərlər

KepezTV Player

Xarici İşlər Nazirliyi Ukrayna ərazisində daimi və müvəqqəti yaşayan, turizm və ya təhsil məqsədləri ilə həmin ölkəyə səfər etmiş Azərbaycan vətəndaşlarına Ukraynadakı vəziyyətlə əlaqədar bir daha müraciət edərək onlardan hərbi qüvvələrin və obyektlərin olduğu ərazilərdən uzaq olmalarını, evdə və ya təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edir. Ukraynanın hava məkanı bağlı olduğundan hazırda vətəndaşlarımız həmin ölkəni hava nəqliyyatı vasitəsilə tərk edə bilmir. "Bu xüsusda bildiririk ki, ciddi təhlükə ilə üzləşmiş Azərbaycan vətəndaşları Ukraynanın Moldova ilə olan Oknitsa və Palanka sərhəd-keçid məntəqələri vasitəsilə quru yolla Moldova ərazisinə keçə bilər. Moldova yaranmış humanitar vəziyyətlə əlaqədar quru sərhədi keçmək istəyən Azərbaycan vətəndaşlarından COVİD-19 pasportunu və COVID-19-a dair PCR testinin neqativ nəticəsini tələb etməyəcək" - deyə nazirlikdən qeyd olunub. Yaranmış suallarla bağlı vətəndaşlarımız Moldovadakı Səfirliyimizdən, xüsusi hallar ilə bağlı isə Kiyevdəki səfirlik və Xarkovda fəxri konsulluqdan məlumat əldə edə bilərlər.