• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 714
— 24.02.2022 19:38

Müharibə veteranının 100 illik yubileyi qeyd olunub

KepezTV Player

Böyük Vətən Müharibəsi iştirakçısı Tofiq Hüseynovun 100 yaşı münasibətilə atası Paşa Hüseynovun adını daşıyan futbol təməyüllü intennat tipli gimnaziyada tədbir keçirilib. Tədbirdə çıxış edənlər Böyük Vətən Müharibəsində döyüşlərə qatılaraq qələbədə pay sahibi olan Tofiq Hüseynovun igidliklərindən danışıblar. Yubilyarın Avropanın bir sıra şəhərlərinin alman işğalçılarından azad olunmasında xüsusi qəhrəmanlıq göstərdiyi diqqətə çatdırılıb. Yığıncaqda şagirdlərin ifasında qəhrəmanlıq və vətənpərvərlik ruhunda mahnılar və şeirlər səsləndirilib. Sonda Tofiq Hüseynov təbrik edilib, müharibə veteranı müxtəlif idarə, müəssisə və idman liseyi tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunub.