• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1028
— 24.02.2022 19:41

"İndiki geosiyasi reallıqlarda realist olmalıyıq"

KepezTV Player

Prezident İlham Əliyev Moskvada TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb. Dövlət başçısı rusiyalı jurnalistlərin suallarını cavablandırıb.

Azərbaycan bir neçə il bundan əvvəl öz statusunu müşahidəçi statusuna qədər yüksəltmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının Katibliyinə rəsmən müraciət etsə də, bizə məlum olmayan səbəblərə görə, bu məsələ indiyə qədər baş tutmur. Prezident İlham Əliyev Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Şanxay Əməkdaşlıq Təşkilatı ilə bağlı planları haqqında suala cavabında belə deyib. KTMT-yə gəlincə isə...<br>

Dövlət başçısı “RT” telekanalının və “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Marqarita Simonyanın guya Azərbaycanın etnik əlamətinə görə ermənilərin ölkəyə girişinə qadağa qoyması barədə sualına da cavab verib.

Prezident İlham Əliyev görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri haqqında da danışıb. Dövlət başçısı bu münasibətlərin misli görünməmiş səviyyəyə yüksəldiyini qeyd edib. Məcburi köçkünlərin doğma yurdlarına qayıtması məsələsinə gəlincə, dövlət başçısı qeyd edib ki, qayıtmağa yer yoxdur, çünki hər şey dağıdılıb və hər yer minalanıb. Müharibənin qurtarmasından keçən bir il üç ay ərzində minaların partlaması nəticəsində ölənlərin və əlil olanların sayı 200 nəfərdən çoxdur. Azərbaycana verilən mina xəritələrinin yarasız olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bir neçə aydan sonra Zəngilan rayonunun kəndlərindən birində pilot layihənin həyata keçiriləcəyini, ilk olaraq, təqribən 200 ailənin artıq bu ilin yazında oraya qayıdacağını vurğulayıb

Prezident İlham Əliyev Rusiya-Ukrayna münasibətləri ilə bağlı sualı da cavablandırıb. Dövlət başçısı dünyada vəziyyətin necə inkişaf edəcəyini proqnozlaşdırmağın çox çətin olduğunu deyib

KİV rəhbərləri ilə görüşdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkədə koronavirus pandemiyası ilə bağlı görülən işlər barədə məlumat verib. Birinci vitse-prezident hazırda Azərbaycanda son dalğanın azalmaqda olduğunu deyib.

Görüşün sonunda TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Azərbaycan Prezidentinin TASS lentlərində və fotoxronikasında 32 mindən çox məlumat və 400-ə yaxın fotoşəkil olan tam arxivini Prezident İlham Əliyevə hədiyyə edib. Dövlət başçısı da TASS agentliyinə xatirə hədiyyəsi təqdim edib.