• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1912
— 22.02.2022 19:44

"Kəpəz" qalib gələrək 2-ci pilləyə yüksəldi

KepezTV Player

Futbol üzrə Azərbaycan 1-ci divizonunda 15-ci tura start verilib. Açılış günü çempionluğa iddialılardan "Kəpəz" Gəncədə lider "Qaradağ Lökbatan"ı qəbul edib. Hər iki komanda ilk yarıda qapılar önündə təhlükəli anlar yaratsalar da, fasiləyədək hesab açılmayıb. İkinci hissədə də bir çox vəziyyətlərdə tərəflər qola yaxın olublar. Ancaq qarşılaşmada yalnız 1 qol qeydə alınıb. 84-cü dəqiqədə Emil Qasımov əlinə düşən fürsətdən maksimum yararlanaraq yumşaq mərmini qüvvətli zərbəylə tora göndərib. Bu hesabı sonadək qoyuyan sarı-göylər 1:0 hesabıyla qələbə qazanaraq aktivinə vacib 3 xal yazdırıb. Bu qalibiyyətlə "Kəpəz" turnir cədvəlində 2-ci pilləyə yüksəlib.