• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2391
— 22.02.2022 12:22

Qəzada 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb

KepezTV Player

Gəncədə ölümlə nəticələn ağır yol qəzası baş verib. Hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb. Məlumata görə, hərəkətdə olan "VAZ 21011" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq bulağa çırpılıb. Qəza zamanı sürücü, 1990-cı il təvəllüdlü Anar Mehraliyev hadisə yerində ölüb. 2 nəfər - 1991-ci il təvəllüdlü Natiq Cəfərov və 1997-ci il təvəllüdlü Hüseyn Sultanov isə xəsarət alıb. Yaralıların vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.