• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1488
— 20.02.2022 19:46

Gəncədə ev yanıb

KepezTV Player

Gəncənin Ruzigar Qasımov küçəsində Könül Nağıyevaya məxsus 3 otaqlı yaşayış evində anidən yanğın başlayıb. Sahəsi 90 kvadratmetr ev əşyaları ilə birlikdə yanıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin 4 yanğın söndürən avtomobili və 30-a yaxın canlı qüvvəsi cəlb olunub. Alov söndürülüb. Hadisə nəticəsində qonşuluqda yaşayan Daşqın Nağıyevə məxsus evin dam örtüyü yanıb. Hadisənin səbəbləri araşdırılır.