• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1216
— 20.02.2022 02:56

Gəncəli güləşçi beynəlxalq yarışda gümüş medal qazandı

KepezTV Player

Bolqarıstanın Veliko Tırnovo şəhərində Dan Kolov - Nikola Petrovun xatirəsinə həsr olunan güləş üzrə turnir keçirilir. Yarışın 2-ci günündə gəncəli sərbəst güləşçi Turan Bayramov mükafatçılar sırasısına düşə bilib. 74 kq çəkidə güləşən Nizami yurdunun yetirməsi təsnifat mərhələsində ard-arda iki yerli idmançını mübarizədən kənarlaşdıraraq ¼ finala yüksəlib. Bu etapda Əlcəzair, yarımfinalda isə Gürcüstan təmsilçisini üstələyən Turan finala adlayıb. Həlledici görüşdə Bayramovun rəqibi komanda yoldaşı Cəbrayıl Hacıyev olub. Ancaq finalda bəxti gətirməyən Turan Bayramov 1:3 hesabıyla uduzaraq yarışın gümüş medalına yiyələnib.