• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 915
— 20.02.2022 19:53

Uşaq yeməkləri niyə bahadır?

KepezTV Player

Yeni dünyaya gələn hər bir uşaq ana südü ilə qidalanmalıdır. Bəzən isə müəyyən səbəblərə görə körpə suni uşaq yeməkləri ilə böyüməli olur. Bu qidalar isə günümüzdə çox baha qiymətə satılır. Bunun səbəbi barədə əməkdaşımız Nərgiz Əhmədqızının sujetində. İzləyək.

Uşaqlar-insan həyatında ən dəyərli varlıqdır. Həyatımıza daxil olduqları, onları əlimizə götürdüyümüz andan etibarən çalışırıq ki, körpəmiz sağlam və xoşbəxt böyüsün. Uşaq sağlamlığı ilk növbədə qidadan, özü də keyfiyyətlisindən asılıdır. Burada əvəzolunmaz vasitə ana südü sayılır. Körpə orqanizminin tələbatına cavab verən rasional qida onun ahəngdar inkişafını təmin edir, immuniteti və xarici mühitin əlverişsiz amillərinə dözümlülüyünü artırır. Bəzən müxtəlif səbəblərə görə, həkim məsləhəti ilə süni qidalardan istifadə məcburiyyəti yaranır.

Hazırda süni uşaq qidalarından istifadə daha çox yayılıb. Ələxsus da uşaq qeysəriyyə əməliyyatı ilə doğulursa. Bu isə süni qidalara tələbatı artırır ki, nəticədə mağaza və apteklərdə müşahidə etdiyimiz mənzərə ilə rastlaşırıq - yüksək olan qiymətlərlə. Uşaq qidalarının “əl yandıran” qiymətləri körpəsinə ana südü verə bilməyən ailələri ciddi narahat etməyə bilməz.

Apardığımız müşahidələr onu göstərir ki, uşaq yeməklərinin qiyməti 8 manatdan 80 manata kimi dəyişir. Aparıcı mütəxəssisin sözlərinə görə bu, uşaq qidalarının xaricdən gəlməsi ilə bağlıdır.

Mütəxəssislər hesab edir ki, çalışdıqca körpələrə 2 yaşına qədər ana südü verilməlidir. Suni uşaq yeməklərindən minimum istifadə həm körpə, həm də cibiniz üçün faydalıdır.

 

Nərgiz Əhmədqızı