• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1147
— 20.02.2022 20:03

Uşaq ailənin güzgüsüdür

KepezTV Player

Çox eşitdiyimiz bir deyim var: Hər bir uşaq ailəsinin güzgüsüdür. Həqiqətən də demək olar ki, bütün hallarda insan xarakterinin formalaşmasında, bir şəxsiyyət kimi yetişməsində ailə başlıca rola sahibdir. Ələlxüsus da valideyinlər. Bəs valideyinlər övladlarını necə yetişdirir? Ümumiyyətlə düzgün davranış qaydaları nələrdir? Bu mövzu haqqında araşdırmamız var.

Kəlamların birində də deyildiyi kimi :Ən böyük fayda yaxşı övladdır. Yaxşı övladı yetişdirmək üçün də valideyn özü özünü yaxşı yetişdirməlidir. Çünki azyaşlılar valideynlərini təqlid edir. Düzdür indiki dövrdə uşaqların psixologiyasına, düşüncə tərzinə uyğun davranmağı heç də hər valdeyn bacarmasa da onların nümayiş etdiriyi mənfi və müsbət davranışların başlıca səbəbi valideynlərdən qaynaqlanır.

Psixoloq Sona Davudova deyir ki, uşaqlıqda validyinlərimizlə qurduğumuz bağlar bizim  gələcəkdə quracağımız münasibətlərdə referans əhəmiyyət daşıyır. Ona görə də övladlarının bir şəxsiyyət kimi yetişməsində valideynlər başlıca rola sahibdir.

Psixoloqlar isə tövsiyyyə edirlər ki, övladları ilə daha çox vaxt keçirmək, diqqət və qayğı göstərmək uşaqların davranışlarına da müsbət yansıyacaq.

Valideyinlərə isə tövsiyyə olunur ki, övlad sahibi olmamışdan əvvəl hər hansı travmaları, narahat edici davranışları və ya  düşüncələri varsa ondan qurtulmaları üçün dəstək almalarıdır. Çünki cəmiyyətimizdə yaxşı övladların olması hər kəsin başlıca gözləntisidir.

 

Aişə Rzayeva