Qazaxda suvarma mövsümünə hazırlıqla əlaqədar arx və kanallarda lildən və kol-kosdan təmizləmə işləri aparılır. İkinci Şıxlı kənd əhalisinin pay torpağı və həyətyanı sahələrinin su təminatının yaxşılaşdırılması üçün İkinci Şıxlı 1-ci pillə nasos stansiyasında və örtülü suvarma şəbəkəsində təmir bərpa işləri isə artıq yekunlaşıb.
Qazax Suvarma Sistemləri İdarəsi rayonun 18911 hektar kənd təsərrüfatı bitkiləri əkilmiş pay torpağı və həyətyanı sahələrinin suvarma suyu ilə təmin edilməsinə xidmət edir. Sahələrin 7100 hektarı mexaniki üsulla, yəni nasos stansiyaları, 1181 hektarı isə öz axımı ilə açıq kanallar və arxlar vasitəsilə suvarılır. Rayon ərazisində Suvarma Sistemləri İdarəsinin balansında 850,5 km uzunluğunda kanallar, arxlar, boru kəmərləri və qapalı şəbəkələr var. Ötən 5 ildə 1507 km uzunluğunda arx və kanallarda lildən və kol-kosdan təmizləmə işləri aparılıb.
Cari təmir işləri hesabına 55 ədəd hidrotexniki qurğuda, 40 ədəd hidrometrik postda, 11 ədəd nasos stansiyalarında, 4 ədəd mülki və istehsalat binalarında da təmir işləri aparılıb. 2022-ci ilin yaz vegetasiya suvarmasına hazırlıqla əlaqədar arx və kanallarda, nasos stansiyalarında və örtülü suvarma şəbəkələrində cari təmir işləri il ərzində davam etdiriləcək.
2022-ci ildə əhalinin su təminatını yaxşılaşdırmaq üçün Qazax rayonunda 10 ədəd yeni subartezian quyusunun qazılması nəzərdə tutulub.
- Baxış: 1849