• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 915
— 19.02.2022 20:33

Müharibə veteranının 100 yaşı tamam oldu

KepezTV Player

Böyük Vətən Müharibəsi zamanı ağır döyüş yolu keçərək Vətənə qayıtmağı bacaran gəncəli Tofiq Hüseynov bu gün 100 yaşını qeyd edir. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov yubileyi olan veteranı ziyarət edib. Şəhər rəhbəri qocaman qəhrəmanın 1 əsrlik həyatının örnək olduğunu bildirib, ona can sağlığı arzulayıb. Tofiq Hüseynov göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib. Həyatında ən böyük arzusunun Zəfər bayramında iştirak etmək olduğunu deyən yubilyar 2020-ci il 8 Noyabr tarixində bu arzusuna çatdığı üçün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Rəşadətli Ordumuza dərin təşəkkürünü bildirib. Tofiq Hüseynov xidməti dövründə 20 medalla təltif olunub. Uzun müddət Gəncə Şəhər Mərkəzi Mədəniyyət Evinin direktoru, Uşaq Yaradıcılıq Mərkəzinin rəhbəri vəzifələrində çalışıb.