• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1290
— 19.02.2022 20:31

Şəhidin ad günü məzarı başında qeyd olunub

KepezTV Player

44 günlük Vətən Müharibəsində şəhidliyə ucalan qəhrəman igidlərindən biri də Surxay Cümşüd oğlu Cəfərovdur. 1986-ci ilin bu günü anadan olan şəhidin 38-ci doğum günü məzarı başında qeyd olunub. Müharibə zamanı baş mexanik kimi hərbi xidmətini şərəflə yerinə yetirən qəhrəman Şuşa şəhərinin işğaldan azad edilməsin uğrunda gedən döyüşlərdə fəallıq göstərib. 8 noyabr 2020-ci ildə isə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Şuşanın azad olunmasına görə”, "Cəsur döyüşçü" və "Vətən uğrunda"medalları ilə təltif olunub.