• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1014
— 18.02.2022 19:53

"Şagirdlər bizim vaxtımızda da nadinclik edib"

KepezTV Player

Təkcə müəllimlər deyil, həmçinin məktəb dirketorlarının neqativ hərəkətləri zamanı Təhsil Nazirliyi müvafiq  tədbirlərə əl atır. Nöqsanlara yol verən və bununla bağlı videoları yayılan direktorların hamısı işdən azad edilib. Təhsil naziri Emin Əmrullayevin sözlərinə görə nöqsanların aşkarlanmasında  yayılan videolar müəyyən qədər faydalı vasitədir.

Şagirdlərdən mobil telefonların yığılmasının daxili qaydalarla tənzimləndiyini deyən nazir mobil cihazların müəyyən mənada şagirdlərə lazımlı olduğunu, valideyni ilə əlaqə saxlamağa kömək etdiyini deyib. Onun sözlərinə görə, hazırda şagirdlərin dərs prosesi zamanı telefonlarının yığılması mərkəzləşmiş qaydada müzakirə edilmir. Nazir gündəlik 4 milyon nəfərin iştirak etdiyi təhsil sitemində  müəyyən münaqişələrin olmasının təbii olduğunu da vurğulayıb. Əmrullayevin fikirincə, belə hadisələri Nazirliyin gündəminə çevirmək məntiqsizdir.