• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1285
— 18.02.2022 19:58

Daha keyfiyyətli müalicə imkanları genişlənir

KepezTV Player

Möcüzəvi şəfası ilə dünyada məşhur olan naftalan vannasından yararlanmaq üçün kurort şəhəri həm yerli, həm də xarici turistlərin sevimli istirahət ünvanına çevrilib. Naftalan qonaqlar tərəfindən gecələmə sayına görə turizm şəhərləri arasında ən qabaqcıl mövqelərdən birinə sahibdir. İnfrastrukturun yaxşılaşdırılması istiqamətində atılan addımlar Naftalana turist axınını artıracaq.

Son illərdə Naftalanda müasir hotel və müalicə sağlamlıq komplekslərinin istifadəyə verilməsi şəhərdə turzimin inkişafına və buraya gələn əcnəbi və yerli turistlərin sayının artmasına böyük təkan verib. Sahibkarlar üçün yaradılan şərait infrastrukturun yaxşılaşdırılması ilə yanaşı şəhərin sosial-iqtisadi inkişafına da mühüm töhfədir. Naftalan neftininn unikal imkanlarından yararlanmaq məqsədilə fəaliyyətə başlayan müasir müalicə mərkəzləri həm də qeyri-neft sektorunun inkişafının göstəricisidir.

Naftalanda istifadəyə verilən daha bir sanatoriya kompleksinin - “Park Naftalan” ölkəyə turist axınının bir qədər də artmasına təkan olacaq. 1 ha ərazidə salının otel kompleks 2 ədəd 6 mərtəbli binadan ibarətdir. 114 otağı olan mərkəzdə gündəlik 240 turist gecələyə biləcək. Müalicə-sağlamlıq məkanını digərlərindən fərqləndirən xüsusiyyət xidmətlər sırasında sualtı dartma müalicəvi hovuzunun olmasıdır. Bu da buraya şəfa üçün gələnlərin daha keyfiyyətli müalicə almalarına şərait yaradacaq.

Regionlara da investorların böyük həcmdə sərmayə yatırmasının  göstəricisi olan müalicə sağlamlıq mərkəzində işə götürülənlər arasında Şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları və qazilər də var. Ötən il Naftalana müalicə məqsədilə 17 min turist gəlib ki, bunun da 2 minə yaxını 46 ölkənin vətəndaşı olub.