• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1513
— 18.02.2022 20:01

Rayonunun yaranmasından 30 il ötür

KepezTV Player

Samux rayonunun yaradılmasının 30 illiyi münasibətilə tədbir keçirilib. Heydər Əliyev mərkəzində baş tutan tədbirdən əvvəl ümummilli liderin abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb. Yığıncaqda çıxış edənlər rayonun 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə yaradıldığını, əvvəlcə mərəkəzinin şəhər tipli qəsəbə Səfərəliyev, daha sonra isə Nəbiağalı qəsəbəsi adlandırıldığı diqqətə çatıdırılıb. Rayonda ötən dövr ərzində bir sıra sahələrin inkişaf etdiyi, xüsusilə kənd təsərrüfatında ölkədə ən öncül məkanlardan birinə çevrildiyi bildirilib. Rayonda 23 inzibati ərazi vahidliyi, 35 yaşayış məntəqəsi var. Bunlardan 1-i şəhər, 5-i qəsəbə və 29-u kənddir. Çıxışların ardınca tədbir bayram proqramı ilə davam edib. Sərkar Uşaq Musiqi məktəbinin çıxışı olub. Təhsil ocağının şagirdlərindən ibarət xalq çalğı alətləri ansamlı, xor və kiçik yaşlı xanəndələr xalq mahnıları ifa ediblər.