• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2523
— 18.02.2022 20:11

Nizami yurdunda genişmiqyaslı reyd

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşları şəhər ərazisində koronavirus infeksiyası əleyhinə nəzarət-profilaktik tədbirləri davam etdirir. İdarənin Dövlət Yol Polisi şöbəsinin əməkdaşları monitorinqə ictimai nəqliyyat, yəni avtobus və taksilərin yoxlanılması ilə başlayıb. Sürücülərin tibbi maskadan istifadə etməsinə, COVID-19 pasportunun olub-olmamasına diqqət edilib. Eyni zamanda Kəpəz və Nizami rayon polis idarələrinin inzibati ərazilərində yerləşən mehmanxana və restoranlardakı müştərilərlə personalların 3-cü doza vaksini qəbul edib-etməmələri yoxlanılıb. Asayiş keşikçiləri obyekt sahibləri ilə izahedici-profilaktiki söhbətlər apararaq, xəstəliyin fəsadları və mövcud sanitar-gigiyenik tələbləri izah ediblər. Daha sonra monitorinq tədbirləri fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq saraylarında davam etdirilib. Burada mərasimə dəvət olunan qonaqların COVİD-19 pasportlarının etibarlılıq müddətinə diqqət yetirilib. Araşdırmalar zamanı 2-ci doza vaksinin qəbul edilməsindən 180 gün keçən vətəndaşlar sadlıq sarayına buraxılmayıb.