• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 790
— 17.02.2022 20:32

Qaradağlı faciəsindən 30 il ötür

KepezTV Player

Qaradağlı kənd sakinləri qeyri-bərabər qüvvələr nisbətində düşmənə qarşı ən çox müqavimət göstərən kəndlərdən biri olub. Ermənilərin kompakt şəkildə yaşadıqları Müşərvad, Kəndxurt, Gişi, Ağkənd, Heşən kəndlərinin əhatəsində olan Qaradağlı kəndinin sakinləri o zaman təpədən dırnağa kimi silahlanan erməni silahlılarına qarşı yalnız ov tüfəngilə mübarizə aparırdılar.

İslam Dadaşov faciə şahidi: “Düşmənə qarşı kim əlindən nə gəlirdi eliyirdi. Adi sapand hötrmüşdülər erməni gələndə vurub qaytarəırdılar ki. Rayona adlasın. Elə şeylərədə əl atırdıq. Silah yoxuydu. Silah varıydı yığımışdılar. O tüfəngi varıydı, onuda əmr vermişdilər voyenkomat təırəfindən gəldilər yığdılar. Gecəylə kimin üstün düşürdü basırdılar maşına ki, ya silahı ver, yada aparacam.”

Aradan illər ötsə də, hər gün Qaradağlı sakinləri, o faciələrin acısıyla yaşayırlar. Həmin gün 2 oğlunu, 1 qardaşını, 1 qardaşı oğlu, bir bacısı oğlu və bir əmisi oğlunu itirən İslam baba, acı dəhşətləri hələ də unuda bilmir.

İslam Dadaşov faciə şahidi: Qardaşım Eldarı, Dadaşov Eldar öz oğluyla, bacım oğlu Faiq,Qardaşım oğlu Aftandil, birdəki Qardaşımın iki yeznələri. Sərvər birdə Qərib.

Fevralın 17-nə kimi dayanmadan Qaradağlı kəndinin müdafiəsini təmin edən sakinlərin silahlarının azalması, onların düşmənə müqavimətini də zəiflədir. Kənd sakinlərini girov götürən ermənilər Qaradağlıya hücum zamanı dinc sakinləri bir neçə istiqamətdə qətlə yetirirlər.

Ağcagül Dadaşova faciə şahidi:Çoxunu kənddə öldürüblər. Nnun hayıfını almaq üçün, aparıb camaatı töküblər, orda qırıblar. Bunları təmmiz maşında yerdə hamısını avtomatla qırıblar. Ordan da aparıb töküblər silos quyusuna. Elə bil orda yaralı, canını tapşırmayan, töpküblər silos quyusuna orda da qulaq asırmışlar ki bunlardan neçəsi inildəyir, neçəsi ölüb.”

Məhrubə Dadaşova faciə şahidi:“Ailədə 9 uşaq olmuşuq. 6 qardaş 3 bacı. Qardaşlarımızın 2-i şəhid olub, biri itgindir. Uşaq olsanmda hər şey yadımdadır. 15 yaşım varıydı hər bir şey gözümüzün qabağındadı.”

Qaradağlı kəndinin ümumilikdə 800 sakini olub. Faciə günündən bir müddət əvvəl kəndin bir qrup sakini təxliyə edildiyindən faciə günü kənddə 118 sakin olub. Rəsmi xronikalarda bildirilir ki, 118 sakindən 54-ü, 14 əsgərdən 12-si əzab və işgəncələrlə öldürülüb. Öldürülənlərdən 10-u qadın, 8-i uşaq olub. İki ailənin hər birinin 4 üzvü şəhid olur, 42 ailə başçısını itirir. İşğal zamanı kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılır.