• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1467
— 17.02.2022 20:30

Şəhid ailələri ilə görüş

KepezTV Player

Gəncə Şəhər Mərkəzi Kitabxanasında Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb. Samux rayonunun Ziyadlı kəndindən canını vətən üçün fəda edən Taleh Yusifov və Qəzənfər Abdullayevin ailələri, yaxınları və döyüş yoldaşları ilə görüş keçirilib. 44 günlük müharibədə igidlərimizin göstərdiyi qəhrəmanlıqlardan bəhs olunub, onların torpaqlarımızın azadlığı uğrunda düşünmədən canlarından keçdiyi vurğulanıb. Şəhidlərin döyüş yoldaşları Vətən yolunda ən ali zirvəyə yüksələn Taleh Yusifov və Qəzənfər Abdullayevin hərb meydanında göstərdiyi şücaətlərdən danışılıb. Sonda məktəblilər vətənpərlik və qəhrəmanlıq ruhunda şeirlər səsləndiriblər.