• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1845
— 17.02.2022 12:30

"Qarabağ" Konfrans Liqasında tarixi oyuna çıxır

KepezTV Player

"Qarabağ" bu gün UEFA Konfrans Liqasında tarixi oyuna çıxacaq.Azərbaycan klubları arasında ilk dəfə avrokuboklarda qrup mərhələsini adlayan komanda pley-off mərhələsində ilk matçını keçirəcək. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv Fransada "Marsel" klubu ilə üz-üzə gələcək. "Velodrom" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Görüşü monteneqrolu FIFA referisi Nikola Dabanoviç idarə edəcək. "Marsel" və "Qarabağ" avrokuboklarda ilk dəfə qarşılaşacaqlar. Hər iki komanda cari mövsüm qrup mərhələsində cəmi 1 oyunda uduzub. Fransa təmsilçisi Avropa Liqasında qrup 3-cüsü olduğu, Ağdam klubu isə Konfrans Liqasında mübarizə apardığı qrupu 2-ci sırada başa vurduğu üçün pley-offa vəsiqə qazanıb. "Köhlən atlar"ın heyətində Şahruddin Məhəmmədəliyev və Xayme Romero zədəlidir, Bədavi Hüseynovla Abbas Hüseynovun isə meydana çıxması sual altındadır.

Abdullah Zubir "Qarabağ"ın futbolçusu: Oyuna ciddi hazırlaşmışıq.Meydanda əlimizdən gələni edəcəyik ki, klubun müsbət imicini qoruyaq. Təcrübəli rəqiblə oynamaq üçün gəlmişik. Burada yaxşı oyun göstərmək istəyirik. Cavab matçı üçün nəticəmizin daha yaxşı olmasına çalışacağıq."Marsel" xüsusi klubdur. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Komandamız daha çox hücum futboluna üstünlük verir. Rəqiblərin oyununu daim məşqçilər heyəti ilə müzakirə edirik.