• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 953
— 17.02.2022 12:15

Kanada parlamentinə Xocalı soyqırımına dair petisiya təqdim edilib

KepezTV Player

Kanada Azərbaycanlıları Şəbəkəsinin təşkilatçılığı ilə Kanada parlamentində Xocalı qətliamına dair petisiya təqdim edilib. Petisiya Kanada parlamentinin mühafizəkarlar partiyasından olan üzvü Maykl Kuperin dəstəyi ilə rəsmi petisiya olaraq dərc edilib və 1500-də artıq Kanada vətəndaşının imzası ilə parlamentə təqdim edilib. Maykl Kuper Xocalı qətliamının Qarabağ münaqişəsinin ən qanlı səhifəsi olduğunu və münaqişə nəticəsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyini və 800.000-dən artıq azərbaycanlının öz torpaqlarından qovulduğunu qeyd edib.Petisiyada Ermənistan hərbi qüvvələri tərəfindən törədilmiş Xocalı qətliamının Kanada hökuməti tərəfindən rəsmi olaraq pislənməsi, 26 fevralın Kanadada Anım Günü kimi qeyd edilməsinin elan edilməsi tələb edilir.