• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 895
— 16.02.2022 20:15

“Kəpəz” təmirli stadionla elitaya dönür?

KepezTV Player

Fevralın əvvəlində məlum AFFA-nın konfransı və İcraiyyə Komitəsində qəbul edilən qərarlardan sonra Gəncə idmanında əsas müzakirə mövzusu “Kəpəz” futbol klubunun yeni mövsümdən premyerliqada iştirak edəcəyi və şəhər stadionunun yenidən qurulması bağlı gözləntilərdir. Hər iki xəbərə həm rəsmilərin, həm də azarkeşlərin münasibəti olduqca müsbətdir.

Gələn mövsümdən premyerliqada iştirakçı komandaların 10-a çatdırılması və bu sayın hansı klubların sayəsində artırılacağı ilə bağlı səslənən fikirlər ilk olaraq “Kəpəz”i göz önünə gətirir. Uzun illər elitada çıxış edən sarı-göylər yenidən premyerliqaya iddia edən kollektivlərin başında gəlir. Bəs rəhbərlik bununla bağlı hansı işləri görür?

Həmçinin AFFA tərəfindən “Futbolun inkişafı fondu” layihəsi təsdiq olunub ki, bu da premyerliqada iştirak üçün sponsorluq meyarlarının yerinə yetirilməsi baxımından olduqca əhəmiyətlidir. Bu layihə çərçivəsində ilkin mərhələdə 5 regionda nümayəndəliklər yaradılacaq ki, bura Gəncə şəhəri də daxildir. "Kəpəz"in icraçı direktoru İlqar Nadiri iş adamlarına çağırış edərək kluba maddi dəstək göstərilməsini istəyib.

“Kəpəz”in premyerliqa iştirakı məsələsi qədər vacib olan digər məqam komandanın ev oyunlarını keçirdiyi  şəhər stadionunun təmiridir. AFFA-dan verilən məlumatda Gənclər və İdman Nazirliyi ilə razılıq əldə olunduqdan sonra arenanın mərhələli şəkildə inşasına başlanılacağı bildirilib. Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü, millət vəkili Müşfiq Cəfərov böyük vəsait tələb edən tikinti işlərinə yaxın vaxtlarda start veriləcəyinə ümid etdiyini deyib.

Stadionun yenidən qurulacağı xəbəri təbii ki, ən çox azarkeşlərin ürəyincə olub. Tezliklə inşaat işlərinin balayacağını gözləyən fanatlar qərara çox seviniblər və AFFA-nın bu addımını müsbət qarşılayıblar.

“Kəpəz” sonuncu dəfə premyerliqada 2017-2018 mövsümündə çıxış edib. 4 ildir elitadan ayrı düşən dağlıların yenidən layiqli olduğu yerə dönməsini gəncəli azarkeşlər böyük həyəcanla gözləyirlər. Qaldı ki yarım əsrdən çox yaşı olan stadiona bu vaxta qədər arenada bir neçə dəfə kosmetik işlər aparılsa da, heç vaxt əsaslı təmir-bərpa işləri görülməyib.