• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2192
— 16.02.2022 16:07

Təcrübəli məşqçinin yubileyi ilə bağlı görüş baş tutub

KepezTV Player

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsində təcrübəli mütəxəssis, uzun illər Azərbaycan futbolunun inkişafında xidmətləri olan Tofiq Əliyevin 75 illik yubileyi münasibətilə məşqçi ilə görüş keçirilib. Şəhərin futbol veteranlarının da iştirak etdiyi görüşdə hazırda təqaüddə olan Tofiq Əliyevin keçdiyi zəngin futbol həyatından bəhs olunub. Onun karyerasının gənc məşqçilər üçün örnək olduğu bildirilib. Yubilyar isə öz növbəsində bu xoş günlə əlaqədar təbriklərini çatdıran hər kəsə minnətdarlıq edib. Sonda Tofiq Əliyevə 75 illik yubileyi münasibətilə fəxri fərman təqdim olunub.