• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1123
— 15.02.2022 13:37

Tovuzda atasını silahla qətlə yetirən şəxs tutulub

KepezTV Player

Daxili İşlər Nazirliyi Tovuzda 75 yaşlı kişinin qətli ilə bağlı məlumat yayıb. Tovuz Rayon Polis Şöbəsinə fevralın 14-də Hunanlar kəndində yaşayan ruhi xəstə Ceyhun Əliyevin evində münaqişə zəminində odlu silahdan açdığı atəşlə atası 75 yaşlı Qamət Əliyevi öldürməsi barədə daxil olub. Məlumatla əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ceyhun Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. Ondan cinayətin aləti olan qanunsuz saxladığı “Vinçester” markalı silah götürülüb.Faktla əlaqədar cinayət işi başlanıb.