• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2199
— 14.02.2022 20:00

Televiziya muğam müsabiqəsinin final turu keçirilib

KepezTV Player

Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı və Kəpəz Müstəqil Teleradio şirkətinin dəstəyi ilə keçirilən televiziya Muğam müsabiqəsinin final turu  keçirilib. Ötən il ölkə başçısının imzaladığı sərəncama uyğun olaraq Nizami ili çərçivəsində təşkil edilən müsabiqə Gəncə ilə yanaşı Göygöl, Bərdə, Goranboy, Kəlbəcər, Samux və Gədəbəy rayonlarını da əhatə edib. Məqsəd regionlardan olan istedadlı muğam ifaçılarını üzə çıxarmaq və tanıtdırmaqdır. Müsabiqənin final turunda qalib gələnlərə Gəncə Regional Mədəniyyət İdarəsi tərəfindən diplom və xatirə hədiyyələri təqdim edilib.