• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2204
— 14.02.2022 20:06

Heydər Əliyev parkında abadlıq işləri görülür

KepezTV Player

Dünyanın ən böyük 5 parkından biri olan Heydər Əliyev park-kompleksində cari təmir və yaşıllaşdırma işləri aparılır. Ərazisi 450 hektar olan istirahət və əyləncə məkanında əsasən əhalinin üzün müddət istifadəsində olan və aşınan inventarlar yenilənir, eləcə də mövsümü yaşıllqşadırma işləri aparılır. Yenidənqurma və quruculuq işləri Zəfər Tağının qarşısındakı məkanı, Zəfər Tağından Heydər Əliyev Mərkəzi və Gənclər Evinə qədər olan hissəni, İncəsənət Muzeyi, Amfiteatr, süni göl olan əraziləri əhatə edir. Qurumuş ağaclar və budaqları kəsilir, çiçək və gül kolları basdırılır, yeni ağaclar əkilir. Bununla yanaşı parkda dizayn işləri görülür və yeni sanitar qovşaqlar əhalinin ixtiyarına verilib. Park dizaynı və  təmizliyi, ağacqlarının çox və havasının xoşagəlimli olması ilə buraya gələnləri valeh edir.