• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2274
— 14.02.2022 20:05

Şəhər sakinlərinə pulsuz kitab paylanıb

KepezTV Player

Gəncədə 14 fevral - Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə aksiya keçirilib. Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi, Gəncə İctimai İştirakçılıq Məclisinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə Bölgəsi üzrə şöbəsinin və “Kitab Oxu” kitab evinin təşkilatçılığı ilə baş tutub. Bu Gün dünyanın bir çox ölkələrində qeyd edilir. Bu təşəbbüs ilk dəfə 2012-ci ildə ABŞ-da tanınmış uşaq kitabı saytı – “Delightful Children’s Books”un yaradıcısı Emmi Brodmur tərəfindən irəli sürülüb və ötən müddətdə sosial şəbəkələr vasitəsilə dünyada geniş dəstək qazanıb. Bu, uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirən bir gündür. Daha sonra təşkilatçılar tərəfindən tədbir iştirakçılarına maraqlı kitablar hədiyyə olunub.