• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1381
— 14.02.2022 15:59

Gəncəli cüdoçu beynəlxalq yarışın qalibi olub

KepezTV Player

Cüdo millimizin üzvü Turan Bayramov Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Açıq Avropa turnirində qızıl medal qazanıb. Gəncə cüdo məktəbinin yetirməsi bu uğura 60 kq çəkidə imza atıb. İlk görüşdən azad olan gənc tatami ustası ikinci qarşılaşmasında yerli idmançıdan üstün olub. Bayramov növbəti mübarizəsində böyük britaniyalı, ardınca isə yarımfinalda avstraliyalı rəqibinə ipponla qalib gələrək finala yüksəlib.