• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 854
— 13.02.2022 20:28

Yol qəzasında üç nəfər ölüb

KepezTV Player

Oğuzda ağır yol qəzası olub, bir ailənin 3 üzvü ölüb, daha 2 üzvü isə xəsarət alıb. Hadisə günorta saat 15 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 129-cu kilometrliyində, Oğuz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Şəki şəhər sakini Elmar Eldəniz oğlu Məmmədov idarə etdiyi “Reno Meqan" markalı minik avtomobil ilə Şəkidə Oğuz istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını aşırıb. Qəza zamanı avtomobilin sürücüsü Elmar Məmmədov və avtomobildə sərnişin qismində olan baldızı, 2003-cü il təvəllüdlü Xadicə Ağəli qızı İsmayılova aldığı ağır xəsarətlərdən hadisə yerində ölüblər. Avtomobildə olan digər sərnişinlər sürücünün həyat yoldaşı 1991-ci il təvəllüdlü Günel Ağəli qızı Məmmədova, övladları 2018-ci il təvəllüdlü Eldar Elmar oğlu Məmmədov və qardaşı 1999-cu il təvəllüdlü Elmin Eldəniz oğlu Məmmədov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralılardan azyaşlı Eldar Məmmədovun vəziyyəti ağır olub və o xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.