• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2309
— 13.02.2022 20:40

Qış aylarında avtomobillərə texniki qulluq

KepezTV Player

 Avtomobil həvəskarları, eləcə də sürücülər ekran qarşısına yaxın əyləşin. Sıradaki süjetimiz avtomobillərə texniki qulluğun göstərilməsi ilə bağlıdır. Xüsusən də qış aylarında sürücülər avtomobillərinə daha həssas yanaşmalıdırlar.Qəzalardan, eləcə də nasazlıqların yaşanmasından sığortalanmaq üçün avtomobilin qış rejimində olması əsas şərtlərdəndir. Əks halda yolda tez-tez qəzalar yaşanır və ya avtomobildə texniki problemlər ortaya çıxır.

Avtomobil bir çox mexanizm və sistemlərdən ibarətdir ki, bunların da saz işləməsi əsas şərtdir. Xüsusəndə qış aylarında mühərrikdə isitmə sistemindən istifadə zəruridir. Optimal temperatur diapazonunu saxlamaq üçün səhər saatlarında sükan arxasına əyləşərkən bu məsələyə diqqət yetirmək, 15-20 dəqiqə vaxt ayırmaq lazımdır. Bu zaman avtomobildə olan kondensatorlar şəbəkədən ayrılır. Qızdırılmadıqda isə mühərrikin yağını israf edə bilir. Odur ki, qızdırılmamış maşına qaz verib yerindən tərpətmək olmaz.

Mütəxəssis bildirir ki, antifrizin faizi var. Mühərrikdə suyu tənzimləyən xüsusi qurğu antifriz vasitəsilə yağlanır. Faiz aşağı düşdükdə, yağlılığın keyfiyyəti azalır. Nəticədə həmin qurğu sıradan çıxır. Belə fikir var ki, bu qurğunun keyfiyyətsiz olması ilə bağlıdır. Lakin bu, düzgün fikir deyil. Mühərrikə vaxtı-vaxtında qulluq etmək lazımdır. Antifriz zamanında dəyişilməzsə, əlbəttə ki nasazlıq olacaq.

Müasir avtomobillərdə vaxt kəməri də önəmlidir. Mühərrik bloku və radiator arasında yerləşən bu ehtiyyat hissəsi hərəkətin təmin olunmasında böyük önəm daşıyır. Bu ehtiyat hissələrinin vaxtında dəyişdirilməsi avtomobil baxımında ən vacib məqamlardan biridir. Mühərrikin düzgün işləməsi və Sizə sürpriz yaşatmaması üçün kəmərlər vaxtında dəyişdirilməlidir.

Sürücülərin çoxu yay aylarında mineral yağlardan və yaxud yarımsintetik yağlardan istifadə edirlər. Qış aylarında isə avtomobillərin yayda işlətdiyi yağlardan istifadə etmək düzgün deyil. Havalar soyuyanda sürücülərin sintetik yağlardan istifadə etməyi məsləhət görülür. Bu mühərrikin tez işə düşməsini təmin edəcək.

Valeh Anaroğlu