• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1235
— 12.02.2022 19:58

Basketbol üzrə seçim yarışları keçirilir

KepezTV Player

Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində basketbol üzrə seçim xarakterli yarışlar keçirilir. Gəncədə də bu istiqamətdə seleksiya işləri aparılır.

Seçim yarışlarının açılış mərasimində bu idman növünün inkişafı yönündə aparılan işlərdən danışan mütəxəssislər bu cür seçimlərin vacibliyini vurğulayıblar. İstedadlı basketbolçuların üzə çıxması üçün məktəblərdə belə yarışların hər il təşkil edildiyi qeyd olunub. Seçim turnirində Gəncədə fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin 7-9-cu sinif şagirdlərindən ibarət komandalara baxış keçirilib. Seleksiyaya ümumilikdə 400-ə yaxın məktəbli qatılıb.

Seçim yarışında gündə 4 oyun keçirilir. Olimpiya sisteminin tətbiq olunduğu turnirdə uduzan komandalar mübarizəni dayandırır. Yarışların keçirilməsinin məqsədi isə...

Yarış fevralın 15-nə kimi davam edəcək. İlk 3 yeri tutan komandalar Gəncə şəhər təhsil idarəsi tərəfindən diplom, medal və kubokla təltif ediləcəklər.