• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2562
— 12.02.2022 16:25

Gün ərzində mindən çox sakinə vaksin vurulur

KepezTV Player

Gəncədə hazırda 1801 nəfər aktiv koronavirus xəstəsi qeydiyyatdadır ki, bu da ötən aylara müqayisədə təxminən 30 faiz çoxdur. Xəstəliyin qarşısını almaq üçün COVİD 19-a qarşı üçüncu və dördüncü doza vaksinasiya davam edir. Həkimlər virusa yoluxmamağın ən başlıca yolunu peyvənd olunmaqda görürlər.

Həkimlər üçüncü dozanı peyvəndin gücləndirici dozası hesab edirlər. Bu dozanı vurduran şəxs COVİD 19-a  yoluxduqda daha yüngül keçirir və yaxud da  koronavirisa yoluxma risqi az olur. Gəncədə üçüncü dozanın vurulmasına ötən ilin oktyabırından başlanılıb. İkinci dozanın vurulmasından 5 ay keçibsə vaksinasiya məntəqələrinə müraciət edərək buster doza vurdurmaq olar. Gəncədə 10 belə məntəqə yaradılıb. Gün ərzində şəhər üzrə 1132 nəfər peyvənd olunub ki, bunun da 1066-sı coronavac, 66-sı isə pfizerdir.

Ümumilikdə indiyə kimi Gəncədə  339 min 732 nəfər vaksin olunub. Onlardan 7211-i astra zeneka, 318 min 703-ü coronavac, 13 min 818 pfizerə üstünlük verib.

Gəncədə vaksin olunanlardan 144 min 558 nəfər birinci doza, 147 min 377-si ikinci,  47 min 797  nəfər isə üçüncü doza üzrədir. Eləcə də şəhər sakinlərindən 20 minə yaxını dördüncü doza peyvəndi də vurdurub

 

Elnur Vahidoğlu