• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2268
— 12.02.2022 16:05

Dövlət Xidmətinin yaranmasından 10 il ötür

KepezTV Player

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 10 il ötür. Əlamətdar gün münasibətilə Xidmətin Samux rayon bölməsinin rəhbər heyəti və rayon rəhbərliyi ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Ulu öndərin şəhər mərkəzində ucaldılan heykəli önünə tər çiçək dəstələri düzülüb. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının unudulmaz xatirəsi anılıb. Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli fərmanı ilə müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.