• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 905
— 11.02.2022 20:37

Aptekdə satılan Covid testi etibarlıdırmı?

KepezTV Player

Növbəti sujetdə apteklərdə satılan koronavirus testlərindən danışacayıq. Ələxsus da həmin testlərin nəticələrinin nə dərəcədə düzgün olması barədə. Əməkdaşımız Nərgiz Əhmədqızının sujetində.

Statistik göstəricilər bunu deməyə əsas verir ki, son günlər ölkəmizdə koronavirus infeksiyası, xüsusən də omikron stammı geniş yayılıb. Virusa yolub yoluxmamağı müəyyən etməyin isə yolu birdir - test vermək. Səhiyyə ocaqlarında ödənişsiz olaraq həyata keçirilən bu proseslə paralel olaraq apteklərdən də covid testi alıb koronavirusa yoluxub-yoluxmamağı təyin eləmək olar. Bəs bu testin nəticəsinə nə dərəcədə inanmaq olar?

Klinik farmakoloqun sözlərinə görə, əgər xüsusi kurs keçmiş, ixtisaslaşmış tibbi nümayəndələr bu testləri tətbiq eləmirsə, cavab səhv çıxa bilər. Bu da xoşagəlməz nəticələrə səbəb ola bilər.

Ağıl sağlamlıqdan öndə gedir, ağıllı olanda sağlamlığımızı da qorumağı bacarırıq. Unutmayaq ki, bu sahib ola biləcəyimiz ən dəyərli nemətdir. Səhətimizdə yaranan ən adi problemdə belə həkimlə məsləhətləşməkdə, vaxtında test verib doğru nəticə almaqda fayda var.

Nərgiz Əhmədqızı