• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 911
— 11.02.2022 20:42

Vətəndaşlara səyyar ASAN qatarda xidmət göstərilir

KepezTV Player

Səyyar ASAN qatar fevralın 1-dən Ağstafa  dəmiryol stansiyasında vətəndaşlara xidmət göstərir. Qatar gözləmə zalı, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 3 vaqondan ibarətdir. Göstərilən xidmətlər Ədliyyə və Daxili İşlər Nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunur. Əsas məqsədr dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır. Ağstafa şəhərindən sonra  Səyyar ASAN qatarın növbəti dayanacağı Ağdaş  rayonu olacaq.

Səbuhi Kotyalov Ağstafa sakini:Şəxsiyyət vəsiqəmin vaxtının bitməsi ilə bağlı gəlmişdim rayona dedilər Asan xidmət qatarı burdadı. Gəldim sağ olsunlar mehribancasına qarşıladılar. Ödənişimi etdim 10 gün ərzində sənədlərimi verəcəklər.

Gündüz Şahvələdov Qazax sakini: Bu gün eşitdim ki ASAN qatar Ağstafa şəhərinə gəlib. Sürücülük vəsiqəsinin dəyişmək vaxtı idi. Ona görə gəlmişəm növbə götürmüşəm gözləyirəm. Bizim üçün bu sevindirici haldı Asan qatrın Ağstafaya gəlməsi. Çünki ən yaxında ASAN xidmət Ağstafafa yerləşir.

Elnur Niftəliyev "ASAN Xidmət"in şöbə müdiri: Bilirsiz ki olmadığımız rayon və şəhərlərdə səyyar formada xidmət göstəririk. 10 səyyar avtobusumuz və 1 səyyar qatarımız vasitəsilə. Fevralın birindən də burda Ağstafa dəmiryol stansiyasında fəaliyyət gösətiririk. Ayın 25 ə qədər vətəndaşlarımızın xidmətində olacağıq.