• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 907
— 11.02.2022 20:30

Müdafiə naziri Laçın rayonunda yerləşən hərbi hissələrdə olub

KepezTV Player

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Laçın rayonunda dislokasiya olunan hərbi hissədə yeni tikilən və əsaslı təmir edilən hərbi infrastruktura baxış keçirib. Sərt iqlim şəraitində, çətin relyefli dağlıq ərazidə xidmət aparan hərbi qulluqçular üçün müasir tələblərə uyğun şərait yaradılıb. Hərbi hissənin tibb məntəqəsində müayinə və müalicə işini həyata keçirmək üçün müasir tipli tibbi avadanlıqlar quraşdırılıb, təcili tibbi yardım avtomobilləri mövcuddur. Nazir tibb məntəqəsində müalicə olunan hərbi qulluqçularla görüşüb. Zakir Həsənov döyüş və avtomobil texnikası parkında hərbi texnikanın saxlanma şəraiti, istismarı və göstərilən texniki xidmətin keyfiyyəti ilə də maraqlanıb.

Daha sonra hərbi qulluqçularla görüşən müdafiə naziri ordu quruculuğu sahəsində görülən işlər və həyata keçirilən islahatlardan danışıb. Döyüş növbətçiliyinin təşkili və qoşunların döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı konkret tapşırıqlar verib.