• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 911
— 11.02.2022 19:27

Göygöldə kolbasa sexinin fəaliyyəti məhdudlaşdırılıb

KepezTV Player

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Göygöl rayonunun Qızılqaya qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Hacıyev Mehman Zülfü oğluna məxsus kolbasa məmulatlarının istehsalı sexində keçirilən yoxlama zamanı müəssisədə normativ hüquqi aktların və sanitariya-gigiyena qaydalarının tələblərinə riayət olunmadığı müəyyən edilib. Müəssisədə “Təmiz və Saf” nişanı adı altında istehsal olunan məhsulların etiketlərində tərkibi ilə bağlı reallığı əks etdirməyən, həqiqətə uyğun olmayan məlumatların yer aldığı, məhsulun üzərində istehsal tarixinin və yararlılıq müddətinin qeyd olunmadığı və digər nöqsanlar aşkar olunub. Faktla bağlı sahibkar barəsində protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və məhsulların ticarət dövriyyəsinə daxil edilməsinin qarşısı alınıb. Məhsullardan nümunələr götürülərək müvafiq laboratoriyalara təqdim olunub. Hazırda araşdırmalar davam etdirilir.