• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 859
— 10.02.2022 19:04

Vergi məcəlləsində hansı dəyişikliklər edilib?

KepezTV Player

Ötən ilin sonunda vergi məcəlləsinə bir sıra dəyişikliklər və əlavələr edilib. Bu yeniliklər haqda vergi ödəyicilərinin və vətəndaşların bilməli olduğu bir sıra məqamlar, cərimələr və öhdəliklər var ki, bu barədə qarşıdakı süjetdə hali olacaqsız.

Vergi məcəlləsindəki dəyişiklər vergi münasibətlərinin təmin edilməsi və “kölgə iqtisadiyyatı”nın əhatəsinin azaldıması məqsədi ilə həyata keçirilib. Yeniliklərə əsasən sahibkarlar istehsal  etdikləri və idxal olunan məhsullar barədə vergi orqanlarına məlumat verməlidirlər. Həmçinin vergi ödəyiciləri bank və bank olmayan kredit təşkilatlarına ödəniş tapşırıqları təqdim edirlər ki, dəyişikliklərə görə həmin əməliyyatlarda müəyyən məlumatlar əks olunmalıdır. Vergi ödəyiciləri qeyd olunan vəzifələrini yerinə yermədikləri təqdirdə onlara bir sıra maliyyə sanksiyalarına tətbiq olunacaq.

Vergilərin müəyyən olunmasında və vergi azadolmaları, eyni zamanda vergi güzəştlərində də bir sıra dəyişikliklər nəzərdə tutulub. Belə ki, əvvəlcə mikro və kiçik sahibkarlıqla məşğul olan sahibkarlar əldə etdikləri gəlirlərinin 75 faizinin vergisindən azad idilər. Yeni dəyişiklərdə isə bu azadolmalardan yalnız aşağıdakı şəxslər yararlana biləcəklər.

Əlavə dəyər vergisinin vətəndaşlara qaytarılan hissəsindəki siyahıya da bəzi dəyişiklik və əlavələr edilib. Həmin cədvəldəki yeniliklər isə bunlardır.

Vergi məsəlləsinə son dəyişiklik və əlavələr 2021-ci ilin 3 və 27 dekabr tarixlərində edilib. Bu yeniliklər vergi münasibətlərinin daha da təkmilləşdirilməsində mühüm əhəmiyyət daşıyır.