• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 913
— 10.02.2022 19:15

“ASAN xidmət”ə olan müraciətlər 40% artıb

KepezTV Player

Bu gündən vətəndaş qəbuluna başlayan 2 saylı Gəncə regional "ASAN xidmət'' mərkəzində kütləvi informasiya vasitələrinin nümayəndələri üçün mediatur təşkil edilib. Eləcə də “ASAN xidmət”in ötən ilki fəaliyyətinə dair hesabat xarakterli mətbuat konfransı keçirilib.

"ASAN Xidmət"-in ötən ildəki fəaliyyəti, daxil olan müraciətlərin bölgüsü və digər statistik göstəricilər barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev məlumat verib. Agentliyin xidmətlər şəbəkəsinin genişləndiyini bildirib.

Hesabat dövründə müxtəlif sosial layihələr və beynəlxalq əməkdaşlıq, elektron hökumət quruculuğu, inoovasiyalar, innovativ ideyaların təşviqi, startap mühitinin inkişafı, bu sahəyə verilən dövlət dəstəyindən də danışılıb. Xidmət sədri “ABAD”, "YAŞAT" Fondu və ASAN könüllülərinin fəaliyyəti sahəsində görülmüş işləri də qeyd edib.

Tədbirdə 2 saylı Gəncə regional "ASAN xidmət'' mərkəzi, həmçinin fəaliyyətə başlayacaq yeni mərkəzlər, gələcək planlar barədə də məlumat verilib. Vətəndaşlar işğaldan azad edilmiş ərazilərə köçdükdən sonra onların dövlət xidmətlərinə əlçatanlığı üçün “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərəcək. İlk olaraq Şuşada açılacaq "ASAN xidmət" mərkəzinin layihəsi artıq təsdiq olunub.