• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 728
— 10.02.2022 15:50

Bakıda uşaqların salfetin içində narkotik satdığını deyən şəxs saxlanılıb

KepezTV Player

Bakıda uşaqların salfetin içində narkotik satdığına dair məlumat yayan şəxs tutulub. DİN-in məlumatında qeyd olunub ki, sosial şəbəkə seqmentlərində yol kənarında uşaqların satdığı salfetlərin arasında narkotik olması ilə bağlı yalan məlumatlar yayan şəxsin Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Kamran Abumislimov olduğu müəyyən olunub. Və o polis tərəfindən saxlanılıb. Əməldə hüquq pozuntusunun tərkib əlamətləri olduğuna görə, habelə insanlar arasında çaşqınlıq yaradan yalan məlumatlar yayan K.Abumislimov barəsində toplanmış materiallar baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.