• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 871
— 10.02.2022 15:58

Şuşada "ASAN xidmət" mərkəzi açılacaq

KepezTV Player

"Vətəndaşlar işğaldan azad edilmiş ərazilərə köçdükdən sonra onların dövlət xidmətlərinə əlçatanlığı üçün “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərəcək". Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin sözlərinə görə, ilk olaraq "ASAN xidmət" mərkəzi Şuşada açılacaq. “Artıq Şuşadakı layihə təsdiq olunub. Digər rayonlarımıza gəldikdə hamımız orada erməni vandalizminin şahidi olmuşuq, şəhərlərimizin soyqırımı həyata keçirilib. Həmin ərazilərdə ən birinci minalardan təmizlənmə, infraktrukturun qurulması həyata keçirilir. Təbii ki, zəruri şərait yaradıldıqdan sonra o ərazilərdədə “ASAN xidmət” mərkəzləri də qurulacaq" - deyə Mehdiyev qeyd edib.