• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 904
— 10.02.2022 16:01

Prezident sərəncamlar imzalayıb

KepezTV Player

Prezident İlham Əliyevin sərəncamları ilə Rövnəq Abdullayev Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad edilərək iqtisadiyyat nazirinin müavini təyin olunub. Rövşən Nəcəf isə iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən azad edilərək Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin olunub. Digər sərəncamla Elnur Əliyev iqtisadiyyat nazirinin müavini vəzifəsindən azad edilib. Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibində də dəyişiklik edilib, strukturu təkmilləşdirilib.