• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 912
— 10.02.2022 12:05

Azad olunan ərazilərdə kütləvi məzarlıqlar tapılıb

KepezTV Player

“Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə bir neçə kütləvi məzarlıq tapılıb”. Xarici işlər naziri Ceyhun Bayramov deyib ki, söhbət  minlərlə insanın qalıqlarından getmir. Ermənistan  işğal dövründə kütləvi məzarlıqlar barədə faktları gizlədir. Ceyhun Bayramov fevralın 4-də Prezident İlham Əliyev, Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistan Baş naziri ilə videokonfrans formatında keçirilən dördtərəfli görüşdən söz açaraq, müzakirələrin əsasən humanitar mövzuda olduğunu deyib. Nazir qeyd edib ki,  Azərbaycan Prezidenti bu platformadan istifadə edərək Birinci Qarabağ müharibəsindən indiyə qədər 3890 nəfər şəxs barədə heç bir məlumatın olmaması, Ermənistanın bu istiqamətdə  əməkdaşlıq etməməsi məsələsini qaldırıb.  Ermənistan Baş naziri bu istiqamətdə əməkdaşlıq etməyi vəd edib.