• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 910
— 10.02.2022 12:05

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

KepezTV Player

Fevralın 9-u saat 22:00-dan etibarən fasilələrlə bir neçə saat ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub. Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub. Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.